Bazar ertəsi, 29 Aprel

"Əl-Hilal" Mbappeni PSJ-dən 300 milyona ala bilər

image

"Paris Sen-Jermen" hücumçusu Kilian Mbappeni Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna 300 milyon avroya satmağa hazırlaşır.

Xəbər verilir ki, bu barədə "Sky Sports" yazıb. 

Artıq klublar razılığa gəliblər. İndi səudiyyəlilər Mbappe ilə müqavilənin şərtlərini razılaşdırmalıdırlar.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib. Nəticədə İspaniya klubuna yüksək profilli keçid baş tutmadı.

Ötən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Mbappe 34 matçda iştirak edib, bu matçlarda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42